Xəbər verdiyimiz kimi, "Sumqayıt"dan ayrılan Vüsal İsgəndərli karyerasını ölkə xaricində davam etdirəcək.
Belə ki, 28 yaşlı hücumameyilli yarımmüdafiəçi Albaniyanın "Eqnatiya" klubu ilə anlaşıb.
Offsideplus.az-a danışan İsgəndərli bu keçid haqda təəssüratlarını bölüşüb:
"Eqnatiya" klubunu bəyənirdim. Albaniyaya gəldikdən sonra daha çoxuna şahid oldum. Yanaşma, klub prezidentinin münasibəti - bir sözlə, hər şey ürəyimcə oldu. Tezliklə yeni komandama adaptasiya olub, xeyrimi vermək istəyirəm. Bura gəlməzdən qabaq Albaniya çempionatını elə də çox izləmirdim. Lakin təklifdən sonra internet üzərindən mütəmadi olaraq oyunları izlədim, stadionlar, infrastrukturla maraqlandım və çox məmnun qaldım. İnşallah, əlimdən gələni edib, ölkəmizin adını uca tutmağa çalışacağam".
Daşqın Əziz