Ötən mövsümün sonunda "Qəbələ" klubundan ayrılan Felipe Santosun yeni iş yeri məlum olub.
Offsideplus.az xəbər verir ki, o, karyerasını İsrailin "Makkabi" (Hayfa) komandasına davam etdirəcək. Bu haqda klubun rəsmi saytı məlumat yayıb. Braziliyalı hücumameylli yarımmüdafiəçi ilə müqavilə imzalanıb. Sözləşmənin detalları barədə hələlik məlumat verilməyib.
Qeyd edək ki, Felipe Santos ötən ilin yayından “Qəbələ”nin formasını geyinirdi.