Yeni mövsümdən Türkiyə 1-ci Liqasında mübarizə aparacaq "Giresunspor"da baş məşqçi təyinatı rəsmiləşib.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Qaradəniz təmsilçisi türkiyəli mütəxəssis Mustafa Kaplan ilə anlaşıb. Tərəflər arasında  müqavilənin müddəti 1 illik nəzərdə tutulub.

Qeyd edək ki, "Giresunspor" 2022/23 mövsümündə çıxış etdiyi Super Liqada 36 oyundan sonra 40 xal toplayaraq (16-cı sıra) 1-ci Liqaya yuvarlanmışdı. 

Fəqan İbrahimli