Növbəti mövsüm Türkiyə 1-ci Liqasında iştirak etmək haqqı qazanan "Kocelispor"da yeni baş məşqçi təyinatı rəsmiləşib.
Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 1-ci Liqaya vəsiqə qazanan Türkiyə təmsilçisi Ərtuğrul Sağlam ilə anlaşma əldə edib.
Bildirilir ki, Sağlam ilə qarşıdakı günlərdə müqavilə imzalanacaq.
Xatırladaq ki, ötən mövsümün əvvəlində türkiyəli mütəxəssisin adı baş məşqçi axtarışında olan (red: bu post boş idi) "Neftçi" ilə hallanırdı. Daha sonra isə təmsilçimiz rumıniyalı çalışdırıcı Lorentsiu Regekampfa tapşırıldı.
Qeyd edək ki, Ərtuğrul Sağlam son olaraq 2022-ci ildə 5 ay baş məşqçisi olduğu Cənubi Azərbaycan təmsilçisi Təbriz "Traktor"unda işləyib. "Bursaspor" ilə Türkiyə çempionu olan mütəxəssis, vətənində isə son olaraq "Samsunspor"u çalışdırıb.
Fəqan İbrahimli