Uelsin "Vrexam" klubu qapıçısı Ben Fosterlə müqaviləni uzadacaq.

 Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, Milli Liqa təmsilçisi 40 yaşlı qolkiperlə daha bir illik sözləşmə imzalayacaq.

Qeyd edək ki, Ben Foster karyerası ərzində İngiltərənin "Mançester Yunayted" və bir neçə digər klubunda forma geyinib.