İsveçrə çempionatında cari mövsümün qalibi müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, "Yanq Boyz" Super Liqanın 31-ci turunda öz meydanında "Lüsern"i 5:1 hesabı ilə məğlub edərək vaxtından əvvəl çempionluğu rəsmiləşdirib. Belə ki, komanda xallarını 64-ə çatdıraraq sona 5 tur qalmış ən yaxın izləyəcisi "Luqano"nu (46 xal) qabaqlayıb.
Qeyd edək ki, "Yanq Boyz" tarixində 16-cı dəfə, ardıcıl isə 5-ci dəfə İsveçrə çempionluğunu qazanıb.