Marselo Bielsa Uruqvay millisinin yeni baş məşqçisi olacaq. 

Offsideplus.az xəbər verir ki, argentinalı mütəxəssislə razılıq əldə olunub. Bu barədə jurnalist Nikolo Skira məlumat yayıb. Müqavilənin müddəti 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin sonunadək olacaq. 

Qeyd edək ki, Bielsa sonuncu dəfə "Lids Yunayted"i çalışdırıb (2018-2022).