Almaniyanın Qərb Regional Liqasında 30-cu turun oyunları baş tutub.
Offsideplus.az xəbər verir ki, azərbaycanlı futbolçu Rüfət Dadaşovun çıxış etdiyi “Şalke”nin ikinci komandası da növbəti oyununu keçirib.
Sözügedən kollektiv öz meydanında “Vattenşayd”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu matçdan qələbə ilə ayrılıb – 3:0.
Dadaşov bu görüşün iştirakçısı olmayıb. Zədəli olan azərbaycanlı hücumçunun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.
Qeyd edək ki, “Şalke”nin ikinci komandası hazırda 45 xalla 18 komanda arasında 7-ci pillədə yer alıb.