"Qalatasaray" klubunun sabiq futbolçusu Arda Turan baş məşqçiliyə başlayıb.
Offsideplus.az xəbər verir ki, 36 yaşlı keçmiş yarımmüdafiəçi 1-ci Liqada çıxış edən "Eyüpspor"un "sükanı arxasına" keçib.
Bildirək ki, Arda Turan ötən il karyerasını başa vurub. O, ölkəsində “Qalatasaray”, “Manisaspor” və “Başakşehir”, İspaniyada isə “Atletiko” (Madrid) və “Barselona” klublarının da formasını geyinib.