Futbol üzrə İslandiya yığma komandasının baş məşqçisi Arnar Vidarsson istefaya göndərilib.

Offsideplus.az xəbər verir ki, 45 yaşlı mütəxəssis 2020-ci ilin dekabrından milli komandanın baş məşqçisi idi.

İslandiya yığması onun rəhbərliyi ilə bir neçə gün əvvəl AÇ-2024-ün seçmə mərhələsində səfərdə Lixtenşteyni darmadağın edib – 7:0.