Belçikanın “Gent” komandası Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la keçiriləcək cavab oyunundan əvvəl zədəlilərin çoxluğu ilə bağlı problem yaşayır.
Offsideplus.az xəbər verir ki, bu barədə “Gent”in baş məşqçisi Heyn Vanhazebruk yerli mətbuata açıqlamasında məlumat verib.
Mütəxəssis Belçika çempionatında “Leuven”i 2:0 hesabı ilə məğlub etdikləri matçdan sonra zədəlilərin çoxluğundan şikayət edib:
“Qarabağ”la oyundan öncə çoxlu zədəlilərimiz və formada olmayan oyunçularımız var. Komandamın vəziyyətini bilirəm. Ancaq bu problemlərə görə təslim olmayacağıq. Həm çempionatda, həm də Konfrans Liqasında mübarizəmizi davam etdirmək istəyirik”.
Qeyd edək ki, fevralın 23-də keçiriləcək “Gent” – “Qarabağ” oyunu saat 00:00-da start götürəcək. Bakıdakı ilk matçda "köhlən atlar" 1:0 hesablı qələbə qazanıb.