"Qarabağ"ın UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Gent" bu gün Belçika çempionatında 23-cü tur oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, komanda "Serkl Brügge"nin qonağı olub. Oyun meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticədən sonra "Gent" turnir cədvəlində 38 xalla 4-cü, "Serkl Brügge" isə 33 xalla 8-cidir.
Xatırladaq ki, "Qarabağ" Belçika təmsilçisinə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.