Türkiyə yığmasının sabiq üzvü Emre Çolak karyerasını İspaniyada davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi "İntersiti" klubuna keçib. Çolakla mövsümün sonuna kimi müqavilə imzalanıb.
Qeyd edək ki, Emre Çolak karyerası ərzində "Qalatasaray", "Deportivo", "Fatih Karagümrük", "Hatayspor", "Başakşehir" və "Göztepe"də çıxış edib.