"Milan"ın futbolçusu Brahim Abdelkader Diaz İspaniya millisində oynamayacaq.

Offsideplus.az xəbər verir ki, müqavilə ilə "Real"a məxsus olan yarımmüdafiəçi Mərakeş millisində oynamaq qərarına gəlib.

Brahim İspaniyada doğulsa da, onun valideynləri Mərakeşdəndir.

Diaz 2021-ci ildə İspaniya millisinin heyətində 1 oyuna çıxıb.