"Fənərbağça" klubunun sabiq baş məşqçisi Vitor Pereyra yenidən Braziliyada çalışacaq.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis "Flamenqo"nu çalışdıracaq.
54 yaşlı mütəxəssislə 2023-cü ilin sonuna kimi sözləşmə imzalanıb.
Qeyd edək ki, Vitor Pereyranın son iş yeri Braziliya "Korintians"ı olub.