"Göztepe" futbolçusu Emre Çolakla yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, bu barədə İzmir təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 31 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə xitam verilib.
Qeyd edək ki, Çolak karyerası ərzində "Qalatasaray", "Başakşəhər", "Deportivo" (İspaniya ) kimi klublarda oynayıb. O, 2012-2017 cı illərdə çıxış etdiyi Türkiyə millisinin heyətində isə 4 oyunda meydana çıxıb. Emre mövsümün əvvəlindən formasını geyindiyi "Göztepe"də isə 9 matç keçirib.