İtaliya yığma komandasının baş məşqçisi Roberto Mançini tarixi qələbə qazanıb.

Offsideplus.az xəbər verir ki, "Skuadra Adzurra" yoxlama oyununda Albaniyanı 3:1 hesabı ilə məğlub edib. Bununla da, 57 yaşlı baş məşqçi 35-ci qələbəsini qazanıb. Mançini hazırda bu göstəriciyə görə İtaliya milli komandasının tarixində üçüncü pillədə yer alır.

Siyahıya Vittorio Pozzo başçılıq edir (65). İkinci yerdə Enzo Bearzot (51) qərarlaşıb.