Valeri Karpin Rusiya milli komandasını daha uzun müddət çalışdıracaq.
Offsideplus.az xəbər verir ki, Rusiya Futbol İttifaqının rəhbərliyi onunla əməkdaşlığı davam etdirmək qərarına gəlib. 53 yaşlı mütəxəssislə müqavilənin müddəti 2024-cü il avqustun 1-dək uzadılıb.
Qeyd edək ki, Karpin Rusiya millisini 2021-ci ilin iyulundan çalışdırır.