Niderland birinci divizionunda 11-ci turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Oss” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.

Ozan da bu görüşün iştirakçısı olub. O, oyuna start heyətdə başlayıb və 57-ci dəqiqədə əvəzlənib.

“Eyndhoven” hazırda 22 xalla 20 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.