Hazırda MLS klubu "İnter Mayami"də çıxış edən Qonsalo Hiquain cari mövsümün sonunda futbolçu karyerasını başa vuracaq.
Offsideplus.az xəbər verir ki, bu barədə futbolçunun özü açıqlayıb. Argentinalı oyunçu bu gün baş tutan mətbuat konfransında 2022-ci il üzrə MLS mövsümünün sonunda futbolla vidalaşacağını söyləyib.
Qeyd edək ki, 34 yaşlı hücumçu 17 illik karyerası boyunca "Real Madrid" (2007-2013), "Napoli" (2013-2016), "Yuventus" (2016-2020), "Milan" (2018-2019), "Çelsi" (2019) klublarının formasını geyinib.