"Qarabağ" klubundan ayrılan Xayme Romeronun yeni iş yeri məlum olub.
Offsideplus.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi karyerasını "Kartaxena"da davam etdirəcək. Xayme ilə 2022/23 mövsümünün sonunadək müqavilə imzalanıb.
Daha əvvəl xəbər vermişdik ki, Xayme sentyabrın 20-də sözügedən klubda baxışa çağırılıb və komandanın məşqlərində iştirak edib.
Qeyd edək ki, Xayme 2019-cu ilin yayından Ağdam təmsilçisində oynayırdı. O, bu mövsümün sonunda "Qarabağ"dan ayrılıb.