"Çelsi" klubunun sabiq futbolçusu Con Obi Mikel karyerasını bitirib.

Offsideplus.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi bunu sosial şəbəkə hesabında məlumat yayıb.

Qeyd edək ki, Nigeriya millisinin sabiq üzvü 2006-2017-ci illərdə "Çelsi"də çıxış edib. O, "Midlsbro" "Stok Siti", "Trabzonspor"da da oynayıb.