"Qarabağ"ın Çempionlar Liqasında rəqiblərindən olmuş "Sürix" klubu baş məşqçisi ilə vidalaşıb.

Offsideplus.az klubunun rəsmi saytına istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssislə müqaviləyə xitam verilib. Buna baş məşqçinin komandada uğursuzluğu səbəb olub.

Qeyd edək ki, İsveçrə təmsilçisi cari mövsüm keçirdiyi 8 oyunun heç birində qələbə qazana bilməyib. Komanda turnir cədvəlində 2 xalla 9-cu yerdədir.