"Qəbələ"nin U-19 komandası bu gün UEFA Gənclər Liqasında mübarizəyə start verəcək.
Offsideplus.az xəbər verir ki, Zaur Hacıyevin baş məşqçi olduğu kollektiv 1-ci mərhələnin ilk oyununda səfərdə "Hayduk"la (Xorvatiya) qarşılaşacaq. Sloveniyalı David Smaytsın idarə edəcəyi görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması oktyabrın 4-də Qəbələdə olacaq.