Almaniyanın Qərb Regional Liqasında 8-ci turun oyunları baş tutub.

Offsideplus.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi "Şalke 04"ün ikinci komandası da növbəti matçına çıxıb.

Helzenkirhen təmsilçisi "Düren"i qəbul edib və 4:1 hesablı darmadağına sevinib.

Rüfət Dadaşov 88-ci dəqiqədə komandasının 3-cü qoluna imza atıb.