Avropa Liqasının G qrupunda "Qarabağ"la eyni qrupda yer alan "Olimpiakos" yeni transferi, braziliyalı ulduz futbolçu Marselonu təqdim edib.

Offsideplus.az xəbər verir ki, təqdimat mərasimi "Georgios Karaiskakis" stadionunda baş tutub. 34 yaşlı müdafiəçi arenaya ailəsi ilə daxil olub. Fanatlar isə oyunçunu böyük coşqu ilə qarşılayıblar. Braziliyalı futbolçu yeni komandasında 12 nömrəli formanı geyinəcək.

Xatırladaq  ki, "Olimpiakos" Marselo ilə 1+1 illik sözləşmə imzalayıb. Braziliyalı oyunçu bu yay "Real"dan ayrılıb.  O, 2007-ci ildən Madrid təmsilçisində çıxış edirdi.

Qeyd edək ki, "Qarabağ"la "Olimpiakos" arasında ilk matç oktyabrın 6-da Yunanıstanda olacaq. Tərəflər arasında növbəti görüş isə oktyabrın 13-ü Bakıda keçiriləcək.