“Dinamo” (Batumi) və Gürcüstan millisinin üzvü Zuriko Davitaşvili karyerasını Fransada davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, “Bordo” yarımmüdafiəçini icarə əsasında heyətinə qatıb. Bu barədə klubun saytı məlumat yayıb. 21 yaşlı oyunçu mövsümün sonunadək Liqa 2 təmsilçisində çıxış edəcək.
Anlaşmaya əsasən, müqavilədə satınalma maddəsi yer alıb. Fransa klubu istəsə, gənc oyunçunu birdəfəlik transfer edə bilər.
Qeyd edək ki, “Dinamo”nun (Tiflis) yetirməsi olan futbolçunun Batumi təmsilçisi ilə müqaviləsinin müddəti 2024-cü ilin yayında başa çatır.