Polşa çempionatında 5-ci turun oyunları keçirilib.
Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Anton Krivotsyukun çıxış etdiyi “Visla” (Plotsk) səfərdə “Poqon”la üz-üzə gəlib. Oyun 2:2 hesablı bərabərliklə yekunlaşıb.
Daha əvvəl keçirilən dörd görüşdə ehtiyatda qalan Anton bu dəfə start heyətdə oyuna çıxıb və sonadək mübarizə aparıb. Müdafiəçi komandası hesabda geridə olarkən, 88-ci dəqiqədə bərabərlik qolunu vuraraq "Visla"nı məğlubiyyətdən xilas edib.
Qeyd edək ki, Plotsk təmsilçisi 5 turdan sonra 13 xalla 18 kollektiv arasında ilk pillədə qərarlaşıb.