Polşa çempionatında 4-cü turun görüşləri keçirilib.

Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) bu turda öz meydanda “Legniça” ilə üz-üzə gəlib və 4:1 hesabı ilə qələbə qazanıb.

Krivotsyuk bu görüşü sona qədər ehtiyat oyunçular skmayasından izləyib.

Qeyd edək ki, “Visla” 4 turdan sonra 12 xalla 18 kollektiv arasında 1-ci pillədə yer alır.