Ötən mövsümün sonunda “Səbail”dən ayrılan fransalı futbolçu Nikolas Rayselin yeni klubu müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, 29 yaşlı hücumameylli yarımmüdafiəçi Belçikanın “Dunder” komandasına keçib.

Xatırladaq ki, Nikolas Raysel Azərbaycanda “Səbail”lə yanaşı, “Qəbələ”də də çıxış edib.