Braziliya millisinin sabiq hücumçusu Vaqner Lavın yeni klubu məlum olub.

Offsideplus.az xəbər verir ki, 38 yaşlı futbolçu karyerasını ölkəsində davam etdirəcək, O, "Resife" klubu ilə mövsümün sonuna qədər sözləşmə imzalayıb. Bu barədə B seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. 

Qeyd edək ki, Vaqneri heyətinə cəlb etmək istəyənlər arasında yer alan “Sabah” klubu maliyyə məsələlərində onunla razılaşa bilməmişdi.