Polşa çempionatında 2-ci turun görüşləri keçirilib.

Offsideplus.az xəbər verir ki, millimizin oyunçusu Anton Krivotsyukun çıxış etdiyi “Visla” (Plotsk) bu turda səfərdə “Varta” ilə üz-üzə gəlib. Matç 4:0 hesabı ilə qonaq komandanın qələbəsi ilə yekunlaşıb. Müdafiəçimiz bu görüşdə meydana çıxmayıb. O, sona qədər ehtiyatda qalıb.

Qeyd edək ki, “Visla” 2 oyundan sonra 6 xalla 18 komanda arasında 1-ci pillədə yer alır.