Futbol üzrə Polşa çempionatında 2022/23 mövsümünə start verilib.

Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da yeni mövsümdə ilk matçına çıxıb. 

Komanda doğma meydanda “Lexiya” (Qdansk) ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 3:0. 

Krivotsyuk bu görüşün iştirakçısı olmayıb. Millimizin üzvü sonadək ehtiyatda qalıb.