UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaq İsveçrə "Sürix"i iki futbolçusunu icarəyə göndərib.

 Offsideplus.az xəbər verir ki, Sürix təmsilçisinin oyunçuları Nils Rayxmut və Silyan Vallner bir mövsümlük "Vil"də çıxış edəcək.

Qeyd edək ki, "Qarabağ" İsveçrə klubu ilə ilk oyunu iyulun 19-da öz meydanında, cavab matçını isə bir həftə sonra səfərdə keçirəcək.