Bu yay İngiltərənin “Derbi Kaunti” komandasının baş məşqçisi postundan ayrılan Ueyn Runinin yeni iş yeri bəlli olub.
Offsideplus.az xəbər verir ki, 36 yaşlı mütəxəssis bundan sonra ABŞ-ın “Di Si Yunayted” komandasına rəhbərlik edəcək.
“Di Si Yunayted” baş məşqçisi Hernan Losadanı aprel ayında istefaya göndərmişdi. MLS təmsilçisinə həmin vaxtdan bəri müvəqqəti olaraq Çad Eşton rəhbərlik edirdi. Klubun yaydığı məlumata görə, Runi ABŞ-da işçi vizası alana qədər komandaya yenə Eşton rəhbərlik edəcək.
Xatırladaq ki, Runi futbolçu karyerası dönəmində də “Di Si Yunayted”də forma geyinib.