Polşanın “Visla” (Plotsk) klubu yeni mövsümə hazırlıq çərçivəsində bu gün daha iki yoxlama görüşü keçirib.
Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi bu komanda Polşanın digər təmsilçisi “Korona” ilə qarşılaşıb.
İlk oyunda “Visla” 2:0 hesablı qələbəyə sevinib. Anton bu görüşdə forma geyinməyib. İkinci oyun isə Plotsk təmsilçisinin 1:3 hesablı yenilgisi ilə bitib. Krivotsyuk da məhz ikinci qarşılaşmanın start heyətində meydana çıxıb.