Azərbaycan millisinin futbolçusu Anton Krivotsyukun çıxış etdiyi Polşa “Visla”sı (Plotsk) növbəti yoxlama oyunu keçirib.

Offsideplus.az xəbər verir ki, komanda Qdansk “Lexiya”sı ilə qarşılaşıb və 3:6 hesabı ilə uduzub. Görüş hər biri 30 dəqiqə olmaqla 4 hissədən ibarət olub.

Anton Krivotsyuk 4-cü hissədə meydana daxil olub və 96-cı dəqiqədə əvəzlənib.