AFFA-nın təşkil etdiyi AFFA U-12 Liqasında 2021/2022-ci illər mövsümü başa çatıb.
Offsideplus.az xəbər verir ki, Liqanın final qarşılaşmasında “Vətən” və “Sabah” komandaları üz-üzə gəlib.
Həlledici oyunda rəqibi üzərində 3:0 hesabı ilə inamlı qələbə qazanan “Sabah” komandası AFFA U-12 Liqasının qalibi olub.
Üçüncü yer uğrunda görüşdə isə UGİŞM-1 (Sumqayıt) komandasıni 7:0 hesabı ilə məğlub edən “Neftçi” bürünc medallara sahib olub.
Final qarşılaşmasından sonra qalib komandalara medallar və diplomlar, çempion “Sabah”a isə kubok təqdim edilib. “Vətən” komandasının üzvü Məhəmməd Bəşirov “fair-play” mükafatına layiq görülüb. Mükafatları AFFA-nın baş katibinin müavini Kamran Vəliyev, futbol veteranı Rüstəm Rəhimov, Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və Uşaq və Gənclər üzrə Yarışların Təşkili şöbəsinin rəisi Yusif Vəliyev təqdim ediblər.