Türkiyə Super Kuboku uğrunda matçın keçiriləcəyi vaxt bəlli olub.

Offsideplus.az xəbər verir ki, oyun 30 iyul tarixində, “Atatürk Olimpiya Stadionu”da keçiriləcək və saat 21:45-də start götürəcək.

Türkiyə Super Kuboku oyununda son ölkə çempionu “Trabzonspor”la kubokun qalibi olmuş “Sivasspor” üz-üzə gələcək.