Lukas Podolski Polşanın "Qurnik" klubu ilə müqaviləni yeniləyib.
Offsideplus.az xəbər verir ki, 37 yaşlı hücumçunun sözləşməsi 2023-cü ilin yayınadək uzadılıb.
Qeyd edək ki, əslən polşalı olan Podolski 2021-ci ildən "Qurnik"də çıxış edir. O, bu mövsüm Polşa çempionatında 27 oyuna 9 qol vurub, 4 məhsuldar ötürmə edib.