Polşanın "Visla" (Plotsk) klubunda çıxış edən Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk çempionatın 33-cü turunda "Krakoviya" ilə oyunu buraxacaq.
Offsideplus.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Pavol Stano məlumat verib. O, millimizin üzvünün zədəsinin tam sağalmadığını deyib.
Qeyd edək ki, mayın 13-ü keçiriləcək sözügedən qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.