Azərbaycan millisinin üzvü Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" Türkiyə 1-ci liqasında növbəti oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, "timsahlar" 36-cı turda 2-ci pillədə qərarlaşan "Umraniyespor"u qəbul edib.

Görüş Bursa təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Namik Ələskərov 75-ci dəqiqədə, hesab 2:2 olarkən meydana daxil olub.

Qeyd edək ki, bu nəticədən sonra xallarının sayını 41-ə çatdıran "Bursaspor" 16-cı pilləyə yüksəlib.