Yunanıstan Super Liqasında 2021/22 mövsümünün qalibi bəlli olub.

Offsideplus.az xəbər verir ki, 30-cu turdan təxirə salınmış oyunda PAOK-a 2:1 hesabı ilə qalib gələn “Olimpiakos” vaxtından əvvəl çempionluğunu rəsmiləşdirib.

32 turdan sonra aktivində 76 xalı olan Pirey təmsilçisi ən yaxın izləyicisi olan Saloniki klubunu 16 xal qabaqlayır. PAOK-un son 4 turda xal fərqini aradan qaldırması mümkün deyil.