Bu gün Türkiyə 1-ci Liqasında 34-cü turun oyunlarına start verilib.
Offsideplus.az xəbər verir ki, Azərbaycan yığmasının üzvü Namik Ələskərovun da çıxış etdiyi "Bursaspor" doğma meydanda "Dənizlispor"la qarşılaşıb. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu məhz 30-cu dəqiqədə Namik vurub.
O, 55-ci dəqiqədə isə penaltini qola çevirə bilməyib. Start heyətdə meydana daxil olan 27 yaşlı oyunçu 64-cü dəqiqədə əvəzlənib.
Qeyd edək ki, Ələskərov "Bursaspor"da 6 qol və 6 məhsuldar ötürmə ilə komandasının ən yaxşı oyunçusudur.