Bildiyiniz kimi, ötən gün FİFA  AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovu İdarəetmə və Stateji layihələr üzrə direktor təyin edib.

 Bununla bağlı veteran futbolçu və hazırda funksioner işləyən Ceyhun Sultanovun fikirlərini öyrəndik.

Sultanov Offsideplus.az-a açıqlamasında bunları dedi: "İlk öncə Elxan müəllimi təbrik edirəm. Hər bir azərbaycanlının Avropada təmsil olunması qürurvericidir. Bunun UEFA və FİFA olması daha da gözəldir. İnşallah, bu, ölkə futbolu üçün də xeyirli olar. Amma AFFA-da kimin qalacağı və gedəcəyi barədə isə heç bir şey deyə bilmərəm".

Cavid Əliyev

Qeyd edək ki, Elxan Məmmədov yeni işinə mayın 1-dən başlayacaq.