"Qarabağ" klubunun sabiq futbolçusu Pedro Enrike "Sivasspor" (Türkiyə) komandasının sıralarını tərk edib.
Offsideplus.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi karyerasını ölkəsində davam etdirəcək. 32 yaşlı futbolçu "İnternasyonal"a keçib. O, yeni klubu ilə 2024-cü ilin yayınadək müqavilə imzalayıb.
Xatırladaq ki, Pedro Enrike 2017/2018 mövsümündə icarə əsasında "Qarabağ"da çıxış edib.