Çexiya 2-ci divizionunda 20-ci turun oyunları baş tutub.

Offsideplus.az xəbər verir ki, həmyerlimiz Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb. 

Komanda doğma meydanda “Vlasim”lə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2. 

Fərid Nəbiyev bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib. 

Qeyd edək ki, “Viktoriya” 21 turdan sonra 11 xalla 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.