"Səbail" klubunun sabiq qapıçısı Aleksandr Rıbka karyerasını Türkiyədə davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, ukraynalı qolkiper Türkiyə 1-ci liqa təmsilçisi "Boluspor"a transfer olunub. Rıbkayla bu mövsümün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, Rıbka 2019/2020 mövsümündə "Səbail"də oynayıb. 34 yaşlı qapıçının son klubu Ukrayna "Metallist"i olub.