"İki matçda da qalib gələ bilmədik. Nəticə çox pis oldu".
Bu sözləri Offsideplus.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu və hazırda "Səbail"də çıxış edən Əfran İsmayılov deyib.
O, yığmanın Malta və Latviyayla yoxlama oyunu haqda bunları dedi:
"Millimizdən iki fərqli oyun izlədik. İlk matçda bütün üstünlük Maltada idi və layiqli qələbə qazandılar. Amma Latviyayla oyunda yığma komanda çox istəkli çıxış edirdi. Hətta qırmızı vərəqə aldıqdan sonra da yaxşı mübarizə apardıq. Müdafiədə çox oturduq və yaralı yerimiz olan standart vəziyyətdən qol buraxdıq.Həmişə demişəm ki, bu sistemlə qol vura bilmərik. Demək olar ki, Latviyanın oyun planı yox idi. Onlar yalnız uzun ötürmələrdən yararlanmaq istəyirdilər. Fikrimcə, ədalətli nəticə heç-heçə idi".
Cavid Əliyev