Azərbaycan millisinin futbolçusu Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) Polşa çempionatında 26-cı tur oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, Varşava təmsilçisi doğma meydanda "Şlyonsk"la qarşılaşıb. Görüş qonaq komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Anton Krivotsyuk sözügedən görüşdə start heyətdə meydana daxil olub və 90 dəqiqə oynayıb. O, 54-cü dəqiqədə sarı vərəqə alıb.

Qeyd edək ki, "Visla" hazırda turnir cədvəlində 18 komanda arasında 36 xalla 7-cidir.